İngiltərənin məşhur futbol dərgilərindən olan "MatcH of the day" ilin ən yaxşı 100 futbolçusunu seçib.
Qol.Az-ın məlumatına görə, dərginin oxucuları arasında aparılan səsverməyə əsasən, ilk pilləni Portuqaliya millisinin və "Real"ın oyunçusu Kriştiano Ronaldo tutub. Lionel Messi (Argentina, "Barselona") ikinci, Luis Suares (Uruqvay, "Barselona") üçüncü pillədə qərarlaşıb.
Ümumilikdə "ilk 100"ə daxil olan futbolçunun 39-u İngiltərə Premyer Liqası, 25-i La Liqa, 20-i Almaniya bundesliqası, 4-ü isə İtaliya A seriyasında çıxış edir.
"Bavariya" və "Real"dan 12, "Barselona"dan 9, "Mançester Siti"dən 8, "Mançester Yunayted"dən isə 6 oyunçu ən yaxşılar sırasında yer alıb.
Bundan başqa, 2014-cü ilin "yeni qəhrəmanı" Ross Barkley (İngiltərə, "Everton"), ən yaxşı yarımmüdafiəçi Eden Hazard (Belçika, "Çelsi"), ən yaxşı hücumçusu Dieqo Kosta (İspaniya, "Çelsi"), "stil kralı" isə Mario Balotelli (İtaliya, "Liverpul") seçilib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.