ABŞ-ın vitse-prezidenti Co Bayden növbəti dəfə üzr istəməli oldu. ANS PRESS-in məlumatına görə, Bayden bu dəfə Birləşmiş Ərəb Əmrliklərindən üzr istəyib.
Bildrilir ki, Co Bayden BƏƏ-nin vəliəhd şahzadəsi Muhamməd bin Zayid ən Nahyanla görüşərək üzr istəyib. Görüşdə həmçinin Baydenin terrorra qarşı mbarizəyə verdiyi dəstəyə görə BƏƏ üçün mədh edici sözlər dediyi qeyd edilib.
Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Co Bayden “Harvard” universitetində çıxışı zamanı Türkiyənin və Birləşmiş Ərəb Əmrliklərinin İŞİD-ə pul və silah dəstəyi təmin etdiyini idda etmişdi.
Bayden daha əvvəl bu iddialarına görə, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğandan da üzr istəyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.