banner
banner

Sağlamlıq

Yeyərək arıqlayın: Göbək əridən 10 QİDA

Yeyərək arıqlayın:

Qarın bölgəsində yağlardan şikayətçi olanlar müxtəlif vasitələrə əl atırlar. Lakin bəzi qidaları qəbul etməklə göbək yağlarından xilas ola bilərsiniz. Gündəlik qida menyunuza bu qidaları əlavə edin və bədəninizdəki artıq yağların əriməsini sürətləndirin. Unutmayın ki, qadın-kişi, yaşlı-cavan bilmədən problemə çevrilən artıq çəki və yağlanma bir çox ciddi xəstəliklərə zəmin yaradır.

Türkiyəli dietoloq Merve Karademir bildirir ki, kişilərdə 102 sm, qadınlarda 88 sm-dən çox olan qarın qatı yüksək risk əlamətidir. Yağlanmanın göstəricisi olan bu fakt birbaşa ürək xəstəlikləri, 2-ci tip diabet, yüksək təzyiq və iflic kimi problemlərə gətirib çıxarır. Bundan başqa, son zamanlar aparılan araşdırmalar unutqanlıq, metabolik sindrom, osteoporoz və xərçəng kimi xəstəlikləri meydana gətirdiyini də sübut edib:

Aile.lent.az bədəndəki yağların yandırılmasını sürətləndirən 10 təbii qida haqqında məlumatı təqdim edir.

YUMURTA: Sağlam zülal təchizatıyla möcüzəvi bir qida olan yumurta bədən üçün lazım olan amin turşuları ehtiva edir. Həzm olunma qabiliyyəti yüksəkdir. Əzələlər üçün əhəmiyyətlidir. Uzun müddət tox tutur və yağ yandırılmasını dəstəkləyir.

AVOKADO: Avokado tərkibindəki Omega-9 yağ turşuları sayəsində maddələr mübadiləsini sürətləndirir, yağların enerjiyə çevrilməsini təmin edir. Yüksək lif tərkibi ilə toxluq hissi yaradır.

ÇÖRƏK (tam buğda): Sağlam karbohidrat olan tam buğda çörəyi B qrupu vitaminlərilə zəngindir, lif qaynağıdır. Maddələr mübadiləsini sürətləndirir, yağ yanmasını dəstəkləyir. Bununla yanaşı, tam buğda çörəyi ağ çörəyə nisbətən 50% daha çox tox saxlayır.

ACI BİBƏR: Maddələr mübadiləsini, yağ yandırılmasını sürətləndirir.

SÜD və süd məhsulları: Xüsusilə az yağlı süd və süd məhsulları yağ yandırılmasını yüksək səviyyədə dəstəkləyir. Kalsium və zülal baxımından zəngindir. Gündə 2-3 qab az yağlı süd və süd məhsulları yemək sağlam formada çəkidən azad olmağı təmin edir.

QƏHVƏ: Enerji xərcləməsini artıran qəhvə maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək olur.

YULAF: Liflə zəngin səhər yeməyi istəyirsinizsə, yulaf süfrənizə başçılıq etməlidir. Lif tərkibi sayəsində tox tutur və həzmin uzun müddət davam etməsi yağ yandırmasına kömək olur.

GREYPFRUT: Qan şəkərini tənzimləyir. C vitamini tərkibi ilə detoks təsirlidir və sidikqovucudur. Yağ yandırılmasını dəstəkləmək məqsədilə hər gün qreypfrut yemək arıqlamağa da kömək olur.

BADAM: Zülal və doymamış yağlarla zəngin olması badamın yağ yandırıcı xüsusiyyətini təşkil edir. Gündə 5-6 ədəd badam yemək bel ətrafını incəldir.

DARÇIN: Qan şəkərini tənzimləyir. Qan şəkərinin nizamlanması bədəndə yağ yığılmasının qarşısını alır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.