Çiyin oynağı bədənimizdə ən geniş hərəkət fəaliyyətinə malik olan oynaqlardır. Skapula (kürək sümüyü), klavikula (körpücük sümüyü) və humerus (çiyin) başı sümüyünün bir araya gəlməsindən ibarət olan oynaqdır. Çiyin oynağının normal hərəkət edə bilməsi üçün bu üç oynaq uyğun formada fəaliyyət göstərməlidir. Aile.lent.az çiyin ağrıları və onların səbəbləri haqqında türkiyəli həkim-mütəxəssis Alp Gurbetin fikirləri ilə sizi də tanış edir.
Həkim bildirir ki, çiyin ağrısına ən çox səbəb olan amillərdən biri “çiyin tutulması sindromu”dur. “Çiyin tutulması sindromu” oynaqlarda funksiyasında pozulma səbəbindən qolu yuxarı qaldırmağı təmin edən əzələ tendonunun çiyin sümükləri arasında sıxışması nəticəsində zədələnməsidir: “Bu zədələnmə nəticəsində qol hərəkətləri ilə çiyin bölgəsində üst qola yayılan ağrı ortaya çıxır. Hətta bəzən zədələnmə ciddi olduqda tendonun qopmasına yol açaraq, çiyin-oynaq hərəkətlərində ciddi zədələnməyə səbəb ola bilər. Çiyinin 90 dərəcə və ağırlıqla qaldırmaq, yuxarıya uzadaraq iş görmək, çiyin oynağı 90 dərəcə və ondan yuxarı mövqedə yatmaq, məcburedici zədələr kimi səbəblər çiyin əzələlərinin daha da çox tutulmasına və gərilməsinə səbəb olur. Bunların nəticəsində insan vaxt keçdikcə yavaş-yavaş artan ağrılar və ani bir hərəkət sonrası ortaya çıxan çiyin ağrılarından, eyni zamanda hərəkət məhdudlaşdırılmasından da şikayət edə bilər”. Xüsusilə qolu geriyə atmaq, üst paltarı geyinmə hərəkəti və ya qolu yuxarı uzadan zamanı çiyin ağrısından şikayət edilir. Bu halda getdikcə çiyin hərəkətləri təzyiqə məruz qala bilər. "Çiyin donması" dediyimiz olduqca ciddi çiyin oynağı hərəkət məhdudlaşdırılması ilə nəticələnə bilər.
Çiyin oynağı üçün edilə biləcək başqa bir tətbiq isə göstərmə üsulu ilə çiyin oynağını meydana gətirən 3 əlavə steroid+lokal anesteziya tətbiqidir. Bu əməliyyat xüsusilə oynaq içində iltihab olan xəstələrdə ağrının azaldılmasına kömək edir. Sadaladığımız müalicə üsullarıyla yaxşılaşmayan, şikayətləri qısa müddətdə təkrarlanan və çiyin əzələsi tendonunda ciddi dəliyi olan xəstələrə cərrahi üsullar tətbiq olunmalıdır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.