banner
banner

Dünya

Gizli detallar yayıldı: Türkiyədə edam...

Gizli detallar yayıldı:
Türkiyənin Baş naziri Binəli Yıldırımla yunan həmkarı Aleksis Tsipras arasında baş tutan telefon danışığının bəzi detalları mediaya sızıb.
Axar.az xəbər verir ki, telefon danışığında 15 iyul dövlət çevrilişinə cəhddən sonra Yunanıstana qaçan 8 hərbçinin ekstradisiyası, Türkiyədə edam cəzasının yenidən tətbiq edilməsi məsələləri müzakirə olunub.
Tsipras hərbçilərin qaytarılması zamanı ölkəsinin beynəlxalq hüquq çərçivəsində addım atacağını deyib.
“Hökumətimizin edəcəyi tək şey, səlahiyyətləri çərçivəsində, hüquqi prosesin ən qısa müddətdə tamamlamasını təmin etməkdir. Əlbəttə siz suveren bir dövlətsiniz, ancaq ölüm cəzası ilə bağlı müzakirələr Avropadakı strategiyanıza ciddi problemlər yarada bilər”, - yunan baş nazir qeyd edib.
Yıldırım da öz növbəsində edam cəzasının yaxın gələcəkdə parlamentdə müzakirə edilməyəcəyini deyib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.