banner
banner

Dünya

Türkiyədə atışma baş verib: 2 terrorçu öldürülüb

Türkiyədə atışma baş verib:
Türkiyənin Tunceli vilayətinin Ovacık rayonunda terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma baş verib. 
Atışma nəticəsində 2 terrorçu ölüb.
Hadisə axşam saatlarında baş verib. Türkiyə təhlükəsizlik qüvvələrinə bölgəyə PKK terrorçularının sızdırılacağına dair məlumat daxil olub. Məlumatı alan təhlükəsizlik qüvvələri dərhal hərəkətə keçib. Tunceli vilayətinə sızmaq istəyən PKK-çıların qabağı Gözələr magistral yolunda kəsilib. Əsgərlər terrorçuları atəşə tutub. Terrorçularla təhlükəsizlik qüvvələri arasında baş verən atışmada iki terrorçu ölü olaraq ələ keçib. 

Hadisə yerinə xüsusi təlimli polislər cəlb olunub. Bölgəyə giriş-çıxış məhdudlaşdırılıb. Rayondakı strateji əhəmiyyətli nöqtələr nəzarətə alınıb. Əməliyyatlar davam edir. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.