banner
banner

Dünya

Filippində 11 terrorçu məhv edilib

Filippində 11 terrorçu məhv edilib
Filippinin Mindanao bölgəsində "Əbu Səyyaf” terror qruplaşmasının silahlıları ilə hərbçilər arasında toqquşma baş verib.
 
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, döyüşdə 11 terrorçu məhv edilib, Filippin Silahlı Qüvvələrinin 17 hərbçisi yaralanıb.
 
Avqustun 24-də "Əbu Səyyaf” terror qruplaşmasının silahlıları bir müddət əsir saxladıqdan sonra 18- yaşlı Patrik Almodavarı başını kəsərək edam ediblər. Aprel ayında Filippin ekstremistləri girov götürdükləri Kanada vətəndaşı Con Ridsdeli edam etmişdilər.
 
Qeyd edək ki, "Əl Qaidə"nin yerli qanadı olan "Əbu Səyyaf" qruplaşması Filippinin cənubunda 20 ildir ki, fəaliyyət göstərir.  2004-cü ildə qruplaşmanın silahlıları Filippin tarixində ən irimiqyaslı terror aktı törədiblər. O zaman sərnişin bərəsinin partladılması nəticəsində 200-dən çox insan həyatını itirib
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.