banner
banner

Sağlamlıq

Sumağın faydaları və zərərləri – Nələrdir?

Sumağın faydaları və zərərləri –

Özəlliklə qoxunu azaltdığı üçün soğan salatlarında istifadə edilən sumağın 150-ə qədər növü mövcuddur. Bir azca turş dad verdiyi üçün limon olmadığı hallarda əvəzedici olaraq istifadə edilə bilər.

Həzmsizlik və iştahasızlığı həll edir

Qandakı şəkər miqdarını aşağı salır.

Turş dadı ilə iştahanı açan bir ədviyyatdır.

Qusmanı və ishalı kəsir. Qızdırmanı aşağı salır.

Qoxulu sumağ sidik saxlaya bilməmək xəstəliyinə faydalıdır.

Antioksidant təsiri var.

Damarları büzərək qanamanı dayandırır 

Sumağ suyu ilə qarqara  boğaz və diş əti xəstəliklərinə faydalıdır.

Sumağ dəmlənib içildiyində zəhərlənmələrə faydalı gəlir.

Qidaların pozulmamasını, daha uzun müddət qalmasını və təzəliyini qorumağına yardım edir.  

Qaynadılmış sumağın suyu dəridəki sızanaqlara da faydalıdır. Əlbəttə sumağ suyunu bir dəfə istifadə etməklə faydasını görmək mümkün deyildir. Müntəzəm olaraq hər səhər ya da axşam dəri təmizləndikdən sonra qaynadılan suyuna təmiz bir pambıq batırıb bununla sızanaqlara kompres edin.

Sumağ çayının hazırlanması

100 qram  sumağ 1 litr qaynar suda dəmlənir. Gündə 3 stəkan içilir.

 

Antiseptik özəlliyi ilə ağız qarqarası kimi də istifadə edə bilərsiniz. Həm də  sumağı tozu ağız və dəri yaralarının qurumasına kömək edir. 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.