Özü qədər yarpağı da faydalıdır – Həmin meyvəni siz də tanıyın
Bahar və yay aylarında sevərək yediyimiz çiyələyin çox faydalı olduğunu bilirik. Lakin zibil yeşiyinə atdığımız yarpağı haqqında məlumatsızıq. Sən demə, çiyələk yarpağı bir çox xəstəliyə faydalıdır. Aile.lent.az çiyələk yarpağının saymaqla bitməyən faydalarını ilə sizi də tanış edir.
Antioksidan xüsusiyyəti olan çiyələk yarpağı qanı təmizləyir, immunitet sistemini gücləndirir.
Bağırsaqlara olduqca faydalıdır. Qəbizlik, bağırsaq iltihabı, bağırsaq qazları və bağırsaq qurdlarına yaxşı təsir edir. Maddələr mübadiləsini sürətləndirir.
Qaraciyər xəstəliklərinə qarşı qoruma təmin edir.
Böyrəklərin nizamlı işləməsinə kömək olur. Qum və daş tökən xəstələrə tövsiyə edilir.
Çiyələk yarpağını yaşıl və ya quru formada istifadə edə bilərsiniz. Yaşıl halda istifadə etmək istəsəniz, isti suyla yuduqdan sonra qaynayan suya bir neçə yarpaq atıb 5 dəqiqə dəmləndikdən sonra içə bilərsiniz.
Quru halda istifadə etmək istəsəniz, 300 qrama qədər quru çiyələk yarpağını bir gecə suda saxlayın. Yarpaqları 5 stəkan suya atın. 15-20 dəqiqəyə qədər qaynatdıqdan sonra balla dadlandıraraq için.
Ağız yarası müalicəsində istifadə etmək üçün çiyələk yarpağı çayı ilə qarqara edin.
Qeyd: Bu alternativ tibb üsullarını tətbiq etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.