Fransa millisi qarşıdakı oyunlar öncəsi 3 itki ilə üzləşib. Qol.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, “Lion”un hücumçusu Aleksandr Lakazett, onunla eyni klubdan olan Nabil Fekir və “Kristal Pelas”ın yarımmüdafiəçisi Yoan Kabay yığmadan kənarda qalıblar. Hər 3 futbolçu zədədən əziyyət çəkir. Onların əvəzinə Usman Dembele (“Borussiya”, Dortmund), Kevin Qameyro (“Atletiko”) və Joffrey Kondoqbia (“İnter”) milliyə dəvət alıblar.
Qeyd edək ki, Fransa millisi sentyabrın 1-də yoxlama oyununda İtaliya, sentyabrın 6-da isə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Belarusla üz-üzə gələcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.