banner
banner

Dünya

Donbasda silahlı münaqişə nəticəsində 500 nəfər itkin düşüb

Donbasda silahlı münaqişə nəticəsində 500 nəfər itkin düşüb
Donbasda baş verən silahlı münaqişə nəticəsində 500 nəfər itkin düşüb.
APA-nın məlumatına görə, bu barədə Ukrayna Ali Radası sədrinin birinci müavini İrina Qeraşşenko ICTV telekanalına müsahibə verərkən deyib.
“Təmas qrupunda Ukraynanın nümayəndə kimi mənim başlıca vəzifəm Debaltsevo və digər faciəvi hadisələrdən sonra girov götürülən insanları azad etmək, itkin düşənləri tapmaqdır. Hazırda bizim siyahımız üzrə 500-dək insan itkin düşmüş hesab edilir”, deyə İ.Qeraşşenko vurğulayıb.
 
Onun sözlərinə görə, məsələ ilə əlaqədar avqustun 30-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyası Ukraynaya səfər edəcək. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.