|
"Beşiktaş" İtaliya "İnter"inin futbolçusu Caner Erkini icarəyə götürməyə hazırlaşır. Qol.az-ın İstanbul klubunun saytına istinadən yaydığı xəbərə görə, bununla bağlı türk oyunçu və onun klubu ilə danışıqlara başlanılıb. Qeyd edək ki, C.Erkin bu yay "İnter"in sabiq baş məşqçisi Roberto Mançinin istəyi ilə transfer edilib.Türk futbolçunun öz oyunu ilə yeni baş məşçi Frank de Burun etimadını doğrulda bilmədiyi və bu səbəbdən icarəyə göndərildiyi iddia edilir. Cia.az
|


