|
İtaliyanın "İnter" klubu "Santos"un (Braziliya) futbolçusu Qabriel Barbosanı alıb. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 20 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün "İnter" 25 milyon avro təzminat ödəyib. Qeyd edək ki, Q.Barbosa Rio-2016-da Braziliya millisinin heyətində yer alıb. O, 7 oyunda 2 qol vurub. Cia.az
|


