Çexiya millisinin futbolçusu Toma Rositski ölkəsinin "Sparta" klubuna transfer olunub.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 35 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, Praqa klubunda 10 nömrəli forma ilə çıxış edəcək.
Bununla da T.Rositski 15 ildən sonra futbola başladığı "Sparta"ya qayıdıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.