banner
banner

Dünya

Rokfeller: 'III Dünya müharibəsi qaçılmazdır'

Rokfeller: 'III Dünya müharibəsi qaçılmazdır'
Rokfellerlər ailəsinin 4-cü nəslinin nümayəndəsi Stiven Rokfeller inanır ki, III Dünya savaşı labüddür.
 
Moderator.az yazır ki, dünyanın ən varlı sələmçi maqnatlarından biri və ABŞ Federal Ehtiyat Sisteminin əsas təsisçisi bu barədə Amerika telekanalına müsahibəsində danışıb:
 
“Hazırkı situasiya mənə XX əsrin əvvəlində I Dünya müharibəsindən öncəki vəziyyəti xatırladır. Biz güclü dövlətlərin iki böyük ittifaqını görürük: ABŞ-AB və Rusiya-Çin-İran. Hər iki birlik üstünlük əldə etməyə çalışır və bir-birinə güzəştə getmək istəmir. Tarixdə belə qarşıdurma sülhlə nəticələnməyib. Mən inanıram ki, Üçüncü Dünya savaşı olacaq...”
 
Rokfeller eyni zamanda Rusiyanın da SSRİ kimi dağılması variantını istisna edib. “Hazırkı Rusiya qətiyyən SSRİ-yə oxşamır. Sovet İttifaqı respublikalardan ibarət idi: onları təklikdə daha yaxşı yaşayacaqlarını izah etməklə ayrılmağa təhrik etmək mümkün idi. Bu da baş verdi. Ancaq gəlin obyektiv danışaq; bu respublikaların əhalisinin əksəriyyəti yaxşı yaşamağa başlamadı. Ona görə də hesab edirəm ki, Rusiyadakı separatçı əhvali-ruhiyyə iflasa məhkumdur. Ruslarla dil tapmaq lazımdır, yoxsa müharibə olacaq. Amma zənnimcə, Rusiya ilə dil tapmaq mümkün olmayacaq...” - super oliqarx bildirib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.