banner
banner

İdman

“Neftçi”də mənə qarşı haqsızlıq edildi”

“Neftçi”də mənə qarşı haqsızlıq edildi”

“Qəbələ”yə transfer olunan Ruslan Qurbanov “Neftçi”dən gedişini şərh edib.
 
Qol.az xəbər verir ki, millimizin hücumçusu sosial şəbəkədə fikirlərini bölüşüb: 

- “Qəbələ”yə keçidimi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Eləcə də mənə dəstək olmayanlara, həmçinin “Neftçi” fanatlarına minnətdaram. Onlar hər zaman qəlbimdə olacaqlar. 

“Neftçi”də çətin vəziyyətlə üzləşdim. Bu haqda danışmaq istəmirəm. Düşünürəm ki, hər kəs məni anlayar. Mənə qarşı haqsızlıq edildi. Bu, artıq son idi. Buna görə də “Qəbələ”yə keçmək qərarına gəldim. Eləcə də “Neftçi”nin Müşahidə Şurasına minnətdaram ki, keçidimə maneçilik törətmədilər. 

Özümü başqa komandada sınamaq və futbolçu kimi inkişaf etmək istəyirəm. Roman Qriqorçukla birgə çalışmağı arzuayırdım. Bir daha mənə dəstək olanlara təşəkkürümü bildirirəm. 

“Neftçi”də yaxşı günlərim olub. “Qəbələ”yə keçməsəydim, Avropaya yollanardım. Mənimlə Avstriyanın “Şturm” klubu, eləcə də Xorvatiya komandaları maraqlanırdı. 

İstəmirəm ki, “Neftçi” azarkeşlər mənə qarşı kin saxlasınlar. Onlar mənim hansı səbəbdən “Neftçi”ni tərk etdiyimi anlayacaqlar. Mənim əməyimi qiymətləndirməyən insanlar oldu. Halbuki 18 qol vurmuşdum. Hər kəsə təşəkkürlər!

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.