banner
banner

Dünya

Dəhşətli XƏBƏRDARLIQ

Dəhşətli XƏBƏRDARLIQ

“Ebola virusu ilə əlaqədar 2.5 milyon uşağın həyatı təhlükə altındadır”.

Birləşmiş Millətlər Təşkilatı (BMT) uşaq fondu UNİCEF bu barədə açıqlama verib. Təşkilatın böhranlı məsələlər üzrə sədri Sarah Kraui qeyd edib ki, virus indiyə qədər 2 mindən çox uşağın kimsəsiz qalmasına səbəb olub.

“Virusun təsir dairəsi ona qarşı mübarizə imkanlarımızın xaricindədir. Biz hazırda iki cəbhədə mübarizə aparmalıyıq. Hər şeydən əvvəl uşaqlar virusa qarşı peyvənd edilməli, digər tərəfdən isə, virusa yoluxanlar müalicə olunmalıdır. Hər iki iş bərabər enerji tələb edir. Uşaqlar kütləvi şəkildə ölməyə başlasalar, qarşısını almaq mümkün olduğu halda, acizlik etmək bəşəri cinayətə çevriləcək” – deyə UNİSEF-in böhranlı məsələlər üzrə sədri Sarah Kraui qeyd edib.

Məlumata görə, Norveç virusla mübarizə aparmaq üçün maliyyə dəstəyini iki dəfə artırıb. Virus, əsasən, Liberiya, Qvineya, Siera-Leone və Nigeriyada geniş yayılıb. İndiyə qədər 6 mindən çox insan epidemiyaya yoluxub ki, onların 3000-dən çoxu ölüb.//Anspress



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.