banner
banner

Dünya

Yeni milyarder azərbaycanlı

Yeni milyarder azərbaycanlı

Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamlarının sayı artır. Belə ki, Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov da tezliklə milyarderlər sırasına daxil olacaq.

ANS PRESS-in məlumatına görə, Vahid Ələkbərov atasının adını verdiyi oğlunu öz 7,6 milyard dollarının varisi edəcək. Amma bir şərt qoyub - Yusif Ələkbərov da öz ulu babası, babası və atası kimi işə lap aşağıdan, adi işçi kimi başlamalıdır. İkinci şərt isə səhmlər zərfini parçalamamaq və bölüşdürməməklə bağlıdır. “LUKOYL” neft şirkətinin prezidenti daima bazardan şirkətin səhmlərini alaraq öz zərfini artırır - Vahid Ələkbərov şirkətinin gələcəyinə inanır.

24 yaşlı Yusif Ələkbərov artıq Sibirdədir və Koqalımda işləyir. “O, əlbəttə, buruqçu və ya fəhlə deyil, amma aşağı vəzifəli mühəndis işləyir”,- deyə Koqalımdakı mənbə Rusiya mətbuatına bildirib. Onun sözlərinə görə, Koqalımın mərkəzində mənzildə qalan Yusif işə "Mersedes Galendvagen"də gedir. O, sahədə işləyir. Tətillərdə isə Moskvaya ailəsini görməyə gedir.

Əlbəttə, Moskvanın gözəl həyatını Sibir çöllərinin əziyyəti ilə müqayisə etmək olmaz. Amma gənc Yusif buna dözməlidir. Çünki atasının vəd etdiyi 7,6 milyard dollara çatmaq, həmin pullarla daha böyük işlər görmək üçün onun keçdiyi yolları təkrarlamalıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.