Hıçqırıq diafraqmanın qeyri-iradi sıxılmasıdır. Hıçqırığın səbəbi stress, həyəcan, həddindən artıq çox qidanın qəbulu, qidanı tez-tez qəbul etmək və s. ola bilər.
Bəzən hıçqırıq ürək və ağciyər xəstəlikləri, qida borusu yırtığı, baş beyin şişləri və infeksiyaların simptomu kimi meydana çıxır. Bu halda hıçqırıq tez-tez təkrarlanır, saatlarla davam edir və ağrılı ola bilər. Miokard infarktı zamanı da hıçqırıq meydana çıxa bilər.
Beləliklə, hıçqırıq sizi tez-tez narahat edirsə, uzun sürən və ağrılı olursa, mütləq həkimə müraciət edin.
1. Dərindən nəfəs alın, 10 saniyə saxlayın və sonra asta-asta nəfəs verin. Bunu 3-4 dəfə təkrar edin.
2. Kağız paketinə nəfəs verin və alın.
3. Önə əyilin, döş qəfəsinizi sıxın.
4. Tez-tez kiçik qurtumlarla soyuq su için.
5. Asta-asta 1 tikə quru çörək, bərk peçenye və s. çeynəyin.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.