banner
banner

Dünya

Moskvada Bəşər Əsədlə Ərdoğan görüşü

Moskvada Bəşər Əsədlə Ərdoğan görüşü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsədin bu ay ərzində Moskvada görüşəcəyinə dair xəbər yayılıb.

Bu haqda Livanda nəşr olunan “Əs Safir” qəzeti manşetdən yazıb. Xəbərə əsasən Ərdoğan-Əsəd görüşünün sentybarın 18-22-i aralığında Moskvada baş tutması gözlənilir. Qəzet yazır ki, avqustun 9-da Ərdoğanla Putinin Sankt-Peterburqdakı görüşü zamanı Suriya nümayəndə heyəti Moskvada olub.

Xatırladaq ki, həmin görüşdən sonra rəsmi Ankara Suriya məsələsində mövqeyini 180 dərəcə dəyişib, Bəşər Əsədin hakimiyyətdən getməsində israr etmədiyini açıqlayıb, onunla işləməyin mümkünlüyünü bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.