Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında ikinci turun təqvimi müəyyənləşib. Kişilərdən ibarət əsas millimiz Makedoniya ilə qarşılaşacaq. İkinci yığmamız Litvanı, üçüncü komandamız isə Belarusu sınağa çəkəcək.
Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, favoritlərdən Rusiya Türkmənistanla, ABŞ Şotlandiya ilə, Çin Belçika ilə, Ukrayna isə Albaniya ilə üz-üzə gələcək.
Qadınlardan ibarət əsas millimizin rəqibi Meksikadır. İkinci komandamız Monqolustan, üçüncü yığmamız isə Türkiyə ilə üz-üzə gələcək.
Favoritlər Çin Monteneqronu, Ukrayna Moldovanı, Rusiya Ekvadoru, Gürcüstan Filippini, Hindistan isə Braziliyanı sınağa çəkəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.