21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində millimizin yer aldığı 7-ci qrupda daha bir oyun keçirilib.
Finlandiya millisi öz meydanında Avstriyanı qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə tamamlanıb. Bu qələbə sayəsində xallarının sayını 18-ə çatdıran Avstriya ikinci pillədəki mövqeyini möhkəmləndirib. Finlandiya isə əvvəlki kimi 12 xalla üçüncüdür. Xatırladaq ki, 7 xalla qrupda dördüncü olan U-21 millimiz sentyabrın 6-da Bakıda autsayder Farer adalarını qəbul edəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.