Türkiyədə “darbemaniya”: iş adamının vertolyotuna görə iki F-16 qaldırıldı
Türkiyədə iyulun 15-də baş vermiş uğursuz hərbi çevriliş cəhdindən sonra ölkənin hansısa şəhərində işıqların sönməsi, yaxud hansısa xırda hərəkətlilik dərhal yeni çevriliş cəhdi barədə şaiyələrin yayılmasına səbəb olur. Bütün ölkəni “darbemaniya”nın bürüdüyü bir vaxtda ötən bazar günü İstanbul səmalarında görünən naməlum mülki vertolyot iki F-16 qırıcısının havaya qaldırılmasına və növbəti dəfə hərbi çevriliş cəhdi haqda şaiyələrin yayılmasına səbəb olub. Lakin daha sonra ortaya çıxıb ki, həmin vertolyot məşhur iş adamı, tikinti maqnatı Əli Ağaoğluna məxsusdur.
Xəbərlərə görə vertolyot Avşa adasından qalxıb və pilot nəyə görəsə uçuş haqda Hava Trafik Kontrol Mərkəzinə məlumat verməyib. TC-HCM bort nişanlı “Bell 430” tipli vertolyotun havada görünməsindən sonra Hava Trafik Kontrol Mərkəzinin radarları onu “tanınmayan hava nəqliyyat vasitəsi” kimi qeydə alıb. Dərhal Balıkesirdəki hərbi bazadan 2 F-16 qırıcısı havaya qalxıb, qırıcılar qısa müddət sonra vertolyotla təmas qurub.
Vertolyotun kimə məxsus olduğu müəyyən ediləndən sonra F-16 qırıcıları bazaya geri dönüblər. Lakin Maltepe sahillərində havada qırıcıların uçduğunu görən insanlar arasında panika yaranıb, sosial mediada yeni çevriliş cəhdi haqda şaiyələr yayılıb. İnsidentə səbəb olan vertolyotun göyərtəsində isə Əli Ağaoğlunun olub-olmadığı haqda məlumat verilməyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.