banner
banner

Dünya

Alimlərdən hamını təəccübləndirəcək araşdırma

Alimlərdən hamını təəccübləndirəcək araşdırma
İtaliyanın Kilento yarımadasında aparılan araşdırma hamını təəccübləndirib.
 
Axar.az xəbər verir ki, alimlər yaşı 100-ü keçmiş 80 ahılın qan analizlərini araşdırıb. Nəticədə bu insanların hamısının qanının 20 yaşlı insanın qanı ilə eyni olduğu məlum olub. Alimlər bunun elmi izahını tam verə bilməsələr də, səbəb kimi buradakı adamların daha çox göyərti, balıq və tərəvəzlə qidalandığı, habelə hərəkətli həyat tərzi keçirdiyi göstərilib.
 
Kaliforniya Universitetinin professoru Alan Maysel yaşlı insanların qan dövranının çox yüksək olduğunu deyib: “İnsan yaşlandıqca onun qanında adrenomedullin hormonunun miqdarı artır və bunun nəticəsində damarlar orqanları yaxşı qidalandıra bilmir. Lakin belə görünür ki, Kilentoda yaşlıların qan dövranı çox yaxşıdır”.
 
Qeyd edək ki, daha öncə İtaliyanın bu bölgəsindəki uzunömürlülərlə bağlı Roma və San-Dieqo alimlərinin araşdırması təqdim edilmişdi.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.