Ukrayna prezidenti Petro Poroşenko Dövlət sərhəd xidmətinin başçısı Nikolay Litvini vəzifəsindən azad edib.
ANS PRESS-in məlumatına görə, bununla bağlı prezidentin fərmanı bu gün axşam dövlət başçısının saytında yerləşdirilib.
"Ukrayna Dövlət sərhəd xidmətinin sədri Nikolay Mixayloviç Litvin vəzifəsindən azad edilsin", - deyə sənəddə deyilir.
Ukrayna prezidenti digər fərmanla Xidmət rəhbərinin müavini, dövlət sərhəd mühafizəsi departamentinin direktoru Pavel Şişolini də vəzifəsindən kənarlaşdırıb. Litvin və Şişolininin vəzifələrindən kənarlaşdırılması Ukrayna-Rusiya sərhədindəki vəziyyətlə əlaqədardir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.