banner
banner

İdman

Emil Balayev "Qarabağ"da

Emil Balayev "Qarabağ"da

Azərbaycan milli komandasının və "Neftçi"nin sabiq qapıçısı Emil Balayev "Qarabağ"ın düşərgəsində yer alıb. Gənc qolkiper formasını itirməmək üçün Ağdam klubunun hazırlığına qatıldığı bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycan çempionuna keçidinin gündəmdə olması ilə bağlı deyil:

"Sadəcə, formamı saxlamaq üçün "Qarabağ"la birgə məşq edirəm. Sağ olsun baş məşqçi Qurban Qurbanov, buna imkan yaratdı. Hər halda, fərdi məşqlə klubun hazırlığı eyni deyil. Bunadək millimizin qapıçılarla işləyən əşqçisi Faiq Əzizlinin yanında məşq edirdim. Sərbəst futbolçu olduğumdan "transfer pəncərəsi"nin bağlanması mənim üçün problem deyil. Yəni istənilən vaxtda yeni kluba keçə bilərəm. Hələ ki real təklif yoxdur. Onu gözləyirəm".
Yenidən legioner həyatı yaşamağı arzulayan Balayev karyerası daha çox bağlı olduğu "Neftçi"nin heyətində ölkə çempionu, kubokun qalibi olub. Onun son klubu 2014-16-cı illərdə Almaniyada "Ayntraxt" olsa da, Frankfurt təmsilçisində rəsmi debütü başa tutmayıb. Emil Bundestim iştirakçısındam ayrılandan sonra xeyli müddətdir klubsuzdur. 
Xatırladaq ki, "Qarabağ" "transfer pəncərəsi"nin bağlanması ərəfəsində "Partizan" klubundan serbiyalı qapıçı Boyan Şaronovun keçidini həll edib (sportnet.az). 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.