banner
banner

İdman

FİFA-dan Bakı "İnter"inə - şok cəza

FİFA-dan Bakı "İnter"inə -

FİFA Bakının "İnter" klubunu növbəti dəfə cəzalandırıb.

Cia.az-ın futbol11.az saytına istinadən yaydığı xəbərə görə, dünyanın ali futbol qurumu "bankirlər"ə qarşı transfer qadağası tətbiq edib.
Klubun prezidenti Rəşad Qasımov məlumatı təsdiqləyib.

"FİFA belə bir qərar qəbul edib. Qadağa qarşıdakı iki "transfer pəncərəsi" dönəmini əhatə edir. Hələlik qərarla tanış olmamışam. Nəyə görə cəza verildiyini də anlamıram. Məsələyə sabah AFFA-ya gedib aydınlıq gətirəcəm. Bu qərar may ayında qəbul edilib. Nəyə görə transfer dönəmi başa çatdıqdan sonra məktubu göndəriblər, heç başım çıxmır".
 
Qeyd edək ki, “İnter” bundan öncə futbolçulara olan borca görə avrokuboklardan kənarlaşdırılmışdı.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.