|
Dünya Güləş Birliyi Azərbaycan güləşçisi Toğrul Əsgərovun 2012-ci ildə London Olimpiya Oyunlarında dopinq qəbul etməsi ilə bağlı iddialara münasibət bildirib. Qol.az-ın xəbərinə görə, qurumun rəsmi Tvitter hesabında bildirilib ki, Toğrul Əsgərov heç zaman anti-dopinq qaydalarını pozmayıb. Qeyd edək ki, bəzi xarici KİV-lərdə T.Əsgərovun dopinq qəbul etməsi ilə bağlı şübhələr olduğuna dair məlumatlar yayılıb. Cia.az
|


