UEFA Avropa Liqasının qrup mərhələsinin iştirakçısı "Partizan"ı cəzalandırıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna klubun azarkeşlərinin "Tottenhem"lə matçda yəhudilərin əleyhinə pankartlar açması səbəb olub. Buna görə də "Partizan"in növbəti - "Beşiktaş"la görüşdə stadionun fanat sektoruna azarkeşlər buraxılmayacaq. Bundan başqa, "Partizan" UEFA-ya 40 min avro cərimə ödəyəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.