banner
banner

İdman

İlham Zəkiyev Azərbaycan bayrağını milli geyimdə daşıdı - FOTOLAR

İlham Zəkiyev Azərbaycan bayrağını milli geyimdə daşıdı -
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını İlham Zəkiyev daşıyıb.
 
Musavat.com xəbər verir ki, bayraqdarımız İlham Zəkiyev açılış mərasiminə milli geyimdə qatılıb. 
 
Geyimin müəllifi Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova idmançının addımı ilə bağlı fikirlərini bölüşüb:"Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov iki ay əvvəl mənə zəng vurdu və bayraqdarımızın Rio Paralimpiya Oyunlarının açılışında milli geyimdə olması ideyasını təklif etdi. Bu ideya çox xoşuma gəldi, mən də böyük məmnuniyyətlə belə geyimin tikilməsi üzərində işə başladım. İşlər həqiqətən maraqlı, eyni zamanda pəhləvanımızın ölçüsünü nəzərə alaraq, bir o qədər də çətin idi. Onun üçün 3 nəfərin ölçüsündə geyim tikməli olduq (gülür). Eyni zamanda, işləri gizli saxlayırdıq ki, hamı üçün xoş sürpriz olsun. İlqar Rəhimov və vitse-prezident Natiq Qasımov bu işə böyük məsuliyyətlə və diqqətlə yanaşdılar, geyimin onun əyninə ölçülməsində iştirak etdilər, açılışda milli geyimin ən yaddaqalan olması üçün məsləhətləşirdik. Belə də oldu. İlham Zəkiyev bütün bayraqdarlardan xeyli fərqlənirdi və onun açılışda milli geyimdə iştirakı çox böyük maraq doğurdu. Bildiyimə görə, bu, olimpiya hərəkatının tarixində yenilik oldu. Bu da bizi çox sevindirir və hamımıza böyük qürur hissi verir. Rioda bizim bütün paralimpiyaçılarımıza böyük uğurlar arzulayıram”.
 
Xatırladaq ki, İlham Zəkiyev ikiqat Paralimpiya çempionu, ikiqat dünya və beşqat Avropa çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanıdır. 
 
Qeyd edək ki, sentyabrın 18-dək davam edəcək Paralimpiya Oyunlarında Azərbaycanı 24 idmançı təmsil edəcək. İdmanın 6 növü (cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma) üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6 nəfəri qadın atletlərdir. Lisenziyaların sayı isə 41-dir. Bu göstərici “London-2012” ilə müqayisədə çoxdur.
 
 
 






Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.