banner
banner

İdman

UEFA "Rostov"u cəzalandırdı

UEFA "Rostov"u cəzalandırdı

UEFA Rusiyanın "Rostov" klubu cəzalandırıb.
Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə,  buna rusiyalı azarkeşlərin “Ayaks”la “pley-off”un cavab matçında irqçi şüarlar səsləndirməsi səbəb olub.
Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Rostov"un cəzası öz meydanında PSV ilə keçiriləcək oyunda tədbiq olunacaq.

Belə ki, “Olimp-2” stadionunun 1500 nəfərlik A tribunasına azarkeş buraxılmayacaq.
UEFA Rusiya klubunun aparıcı futbolçusu Fedor Kudriaşovu da cəzalandırıb. Ötən oyunda birbaşa qırmızı vərəqə alan müdafiəçi növbəti üç oyunda "Rostov"a kömək edə bilməyəcək.
 
Qeyd edək ki, "Rostov" qrupda   PSV, “Bavariya" və Madrid "Atletiko"su ilə mübarizə aparacaq.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.