“Mən “Barselona”nın futbolçusuyam və klubumu dəyişməkdə maraqlı deyiləm. Yaya qədər komandamdamda oynamaq istəyirəm, sonra isə baxarıq...”
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Barselona”nın futbolçusu Dani Alveş komandadan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Braziliyalı müdafiəçi gələcək karyerası haqda qərar vermədiyini bildirib: “Hələ ki, klubun mənə yeni təklif irəli sürməyib. Ancaq mən bundan narahat deyiləm. Qoy necə lazımdırsa, elə də olsun”.
Qeyd edək ki, 2008-ci ildən “Barselona”dan çıxış edən Alveşin müqaviləsi mövsümün sonunda bitəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.