Mətbəximizin əvəzolunmaz qidası olan qatığın faydaları olduqca çoxdur. Onun arıqlamaqdan tutmuş diş sağlamlığına qədər bir çox faydası vardır.
Mütəxəssislər qatığın uyğun bir pəhrizlə yanaşı xüsusilə qarın bölgəsindəki yağları əritdiyini vurğulayır. Cia.Az deyerler.org-a istinadən bildirir ki, yüksək kalsium mənbəyi olan qatığın tərkibindəki bir-birinə bağlanmış linoetik turşu (CLA) qarın yağlarını əridir. Aparılan araşdırmalara görə, bir il ərzində, pəhrizində hər gün qatıq yeyən adamlar, yeməyənlərlə nisbətdə 22 % daha çox arıqlayır. Hər gün qatığın nizamlı olaraq yeyilməsi piylərin daha sürətli əriməsinə səbəb olur. Faydaları bitmək bilmir. Qatıq bağırsaq xərçəngi riskini azaldır. Suyundakı B2 vitamini ağız yaralarının aradan getməsinə yaxşı təsir edən qatıq, qarın piylərinin əritməsi təsiri ilə yanaşı, immunitet sistemini gücləndirir. İştahı kəsər, daha uzun müddət tox qalmağa imkan verər. Gündə 3 stəkan istehlak edildikdə bədənin bütün kalsium ehtiyacını təmin edən qatıq, qan yağlarını azaldar. Bu məhsulu evdə də hazırlaya bilərsiniz. Belə ki, 1 lt südə 3 qaşıq maya əlavə olunduqdan sonra ilıq bir mühitdə 4-5 saat gözləyərək əldə edilir. Cia.az
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.