Türkiyənin baş naziri Əhməd Davudoğlu dini azlıqların nümayəndələrini qəbul edib.
CİA.Az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, Davudoğlu Türkiyə tarixində ilk dəfə olaraq Yaşılköydə kilsə tikiləcəyini bildirib. Nazirlikdən verilən məlumata əsasən baş nazir əvvəlcə dəvətliləri dinləyib.
Din təmsilçiləri son 10 ildə Türkiyədə İslamdan başqa dinlərə baxışın dəyişdiyini bildiriblər. Davudoğlu Türkiyədə yaşayanların dinindən asılı olmayaraq eyni hüquqa sahib olduğunu ifadə edib.
Görüşdə baş nazir Türkiyə tarixində ilk dəfə Yaşılköydə kilsə tikiləcəyini bildirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.