"Heç-heçə gözlənilən nəticə idi" - "Slovan"ın baş məşqçisi
"Heç-heçə gözlənilən nəticə idi. İlk 15 dəqiqə biz hücumda idik. Daha sonra “Qarabağ” hücumlar təşkil etdi, biz müdafiə olunmalı olduq. İkinci hissədə vəziyyət dəyişdi. 4-5 qol imkanımız oldu. “Qarabağ” çox güclü komandadır. Biz bunu bilirdik. Bu, bizim üçün ən çətin oyun idi".
Qol.az-ın məlumatına görə, bu sözləri "Slovan"ın baş məşqçisi Yindrix Trpişovski Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb. - Bugünkü oyunu baş məşqçilərin və kapitanların dueli hesab etmək olar?
- Tək bir futbolçunun yox, bütün komandanın oyunu idi. Hər futbolçu öz gücünü göstərdi. Təkcə kapitanları fərqləndirmək düzgün deyil. -Son 25 dəqiqədə pressinq tətbiq edirdiz. Sanki futbolçular yorulmurdu. 3-cü hissə də olsaydı, bu tempdə oynaya bilərdiz?
- 3-cü hiss olsaydı belə tempdə oynayardıq. Gücümüz çatardı. - 90 dəqiqə ərzində başınızda papaq qoymağınızın nəsə bir mənası var?
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.