banner
banner

Dünya

Medvedevin 33 milyardlıq malikanəsi... - Video

Medvedevin 33 milyardlıq malikanəsi...
Aleksey Navalnı Fondu Rusiya Baş naziri Dmitri Medvedyevə məxsus bağ evi ilə bağlı məqalə 
dərc edib. 
 
Axar.az xəbər verir ki, söhbət İvanovka şəhərinin yaxınlığında yerləşən (bir kilometrliyində) Milovka malikanəsindən gedir. Bu malikanəyə Medvedyev ailəsinin daimi olaraq gəldiyi, sadəcə 6 metrlik hündürlüyü olan hasarın içindəki malikanənin fotosunun indiyə kimi heç yerdə yayılmadığı bildirilir. 
 
Navalnının bloqunda iqamətgahın havadan çəkilən görüntüləri dərc edilib. Müxalifətçi iddia edir ki, kompleksin sahəsi KİV-in iddia etdiyi kimi 2 hektar deyil, 80 hektardır. Kompleks ərazisində xizək, eləcə də 3 helikopter meydançası yerləşir. Mehmanxana və bir neçə bina Milovka malikanəsinə daxildir. Malikanənin dəyərinin 33 milyard rubl təşkil etdiyi iddia edilir. 
 
FBK-nın iddiasına görə, iqamətgahın tikintisində "Novatek" xeyriyyəçi şirkətinin səhmdarlarının böyük rolu olub. 
 
Malikanə daha öncə kompleks kimi fəaliyyət göstərib, 2011-ci ildən sonra ərazi tamamilə fondun səlahiyyətinə verilib. İqamətgah Medvedyevin mülkiyyətində olmasa da, baş nazir daimi olaraq Milovkada dincəlir. 
Bildirilir ki, onun İnstaqramda paylaşdığı şəkillərdən də bunu sezmək olar.
 
 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.