banner
banner

Dünya

Yeni hicab qanunu rədd olundu

Yeni hicab qanunu rədd olundu

İran yeni hicab qanunu layihəsini rədd edib.

ANS PRESS-in məlumatına görə, qanun layihəsini araşdıran 12 nəfərdən ibarət nüfuzlu Mühafizlər Şurası qanun layihəsini rədd edib. Bu barədə "Azadlıq" radiosu xəbər yayıb.

İrandakı islam qanunlarına görə, qadının başı, saçları, boynu bağlı olmalıdır.

Yeni qanun layihəsi bu qaydaları bir az sərtləşdirirdi, ancaq Mühafizlər Şurası 24 maddəlik qanun layihəsində 14 müddəanı konstitusiyaya zidd sayıb.

Şura qanun layihəsini parılamentə qaytarıb. Parlament bu qanun layihəsini dekabrda qəbul edib.

Qanun layihəsi işçilərin hicab geyinməsinə görə məsuliyyəti həm də şirkət sahiblərinin üzərinə qoyur və işçiləri buna riayət etməyən şirkətlərə cərimə nəzərdə tutur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.