Bu gün Topaz Premyer Liqasında V tura yekun vurulacaq.
Qol.az-ın məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma keçiriləcək. Matçlardan biri Qəbələdə, digəri Bakıda oynayılacaq.
"Qəbələ" cari mövsümdə ilk dəfə doğma divarlar arasında mübarizə aparacaq. Roman Qriqorçukun komandası AZAL-ı sınağa çəkəcək.
"Qarabağ" isə "Zirə" ilə üz-üzə gələcək.
Topaz Premyer Liqası
V tur
19 sentyabr (bazar ertəsi)
18:00 “Qəbələ” - AZAL Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Rza Məmmədov Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov AFFA nümayəndəsi: Ramiz Abdullayev Hakim-inspektor: Əhmədağa Cabbarov Qəbələ şəhər stadionu
20:00 “Qarabağ” - “Zirə” Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Zeynal Zeynalov Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev AFFA nümayəndəsi: Rauf Əmirov Hakim-inspektor: Rövşən Əhmədov “Əlincə Arena"
18 sentyabr 20:00 “İnter” – “Neftçi” - 2:1 Qollar: Araz Abdullayev, 67-pen (0:1), Rauf Əliyev, 87 (1:1), 90+2 (2:1) Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Elman Musayev Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov AFFA nümayəndəsi: Ramiz Mustafayev Hakim-inspektor: Əli Hüseynov “İnter Arena”
18:00 “Sumqayıt” - “Kəpəz” - 1:1 Qollar: Vaqif Cavadov, 69 (1:0), Kərim Diniyev, 72 (1:1) Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Rahil Ramazanov Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov AFFA nümayəndəsi: Elbrus Abbasov Hakim-inspektor: Kərim Ağayev “Kapital Bank Arena”
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.