Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatı davam edir.
Qol.az-ın məlumatına görə, bu gecə mundialda qrup mərhələsinə yekun vurulur.
F qrupunda mübarizə aparan Azərbaycan yığması son görüşündə İranla görüşüb. Asiya çempionu ilə matç futzalçılarımız üçün həlledici önəm daşıyırdı.
Qarşılaşma millimiz üçün qələbəyə bərabər heç-heçə ilə tamamlanıb. Bununla da xallarının sayını 4-ə çatdıran Azərbaycan millisi İspaniyanın ardından qrupda ikinci yeri tutmaqla 1/8 finala vəsiqə qazanıb.
Azərbaycan - İran 3:3 Qollar: Esmaeilpour, 1 (0:1), Bolinha, 2 (1:1), Tavakoli, 21 (1:2), Qallo, 22 (2:2); 32 (3:2), Tayebi, 36 (3:3 Hakimlər: Sezar Malaqa (Peru), Kristofer Sinkleyir (Yeni Zelandiya), Alessandro Malfer (İtaliya) Medelin. “Coliseo Ivan de Bedout”
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.