Pol-pala otu çox güclü sidikqovucu, antiseptik və iltihabəleyhinə təsirə malikdir. Otun bu xüsusiyyətləri xalq təbabətində və ənənəvi tibdə çox geniş istifadə olunur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, pol-palanın əsas faydalı xüsusiyyəti ondan ibarətdir ki, bu ot böyrəklərdə olan urat daşlarını parçalayır və böyrəklərdən çıxardır. Bu səbəbdən bu otu hətta "skalpelsiz cərrah" adlandırırlar.
Həmçinin pol-pala hipertoniya (yüksək təzyiq), sistit (sidik kisəsinin iltihabı) zamanı əlavə müalicəvi vasitə kimi istifadə olunur, yaxşı ödqovucudur, immun sisteminə çox müsbət təsir edir, nəfəs yollarını selikdən və mikroblardan təmizləyir. Son zamanlar alimlər pol-palanın xərçəngəleyhinə xüsusiyyətlərini öyrənirlər. Pol-pala orqanizmi şlaklardan, toksinlərdən, radionukleidlərdən, ağır metalların duzlarından təmizləyir. Müalicəvi məqsədlərlə otun kökləri, otları və toxumları istifadə olunur. Pol-pala otu apteklərdə xırdalanmış şəkildə satılır. Pol-pala diş emalına mənfi təsir edir və bu səbəbdən bu otdan hazırlanan dəmləmələri və müalicəvi çayları borucuqdan ("truboçka"dan) içmək lazımdır. Bu halda diş emalına olan mənfi təsir azalır. Dəmləməni içdikdən sonra ağzınızı su ilə yaxşı yaxalayın. Pol-pala otundan dəmləmə resepti: - 1 x.q. ot termosda 1 stəkan qaynar suda dəmləyin. 3 saatdan sonra yaxşı süzün və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla yeməkdən əvvəl 3 dəfə için. Böyrək daşı xəstəliyi zamanı dəmləməni 10 gün ərzində için, sonra 1-2 ay fasilə verin və müalicəni təkrarlayın. Nəzərə almaq lazımdır ki, pol-pala yalnız urat daşlarına təsir edir, fosfat və oksalat daşlarına isə təsir etmir. Bu səbəbdən istifadə etdikdən əvvəl uroloqun müayinəsindən keçmək və lazım olan analizlər vermək lazımdır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.