banner
banner

Dünya

Türkiyə polisi 'Petkim'də axtarışlar aparır

Türkiyə polisi 'Petkim'də axtarışlar aparır
Türkiyənin hüquq-mühafizə orqanları "Petkim Petrokimya Holding A. Ş."-də növbəti dəfə əməliyyat keçirir.
 
"APA-Economics" "Hürriyyet" qəzetinə istinadən xəbər verir ki, əməliyyat "FETÖ araşdırması" çərçivəsində baş tutub. "Türkiyə polisi "Petkim"ə aid 4 ayrı ünvanda əməliyyat aparır. Əməliyyat davam edir", - qəzet yazır.
 
Saxlanılanlar barədə hər hansı məlumat yoxdur.
 
Xatırladaq ki, bundan öncə Türkiyə polisi 2 dəfə "Petkim"də axtarış aparıb. Axtarışlar nəticəsində 31 nəfər saxlanılsa da, sonradan onlardan 6-sı sərbəst buraxılıb. Həbs olunanlar arasında "Petkim" baş direktoru Sadettin Korkut və rəhbərlikdə təmsil olunan 13 şəxs olub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.