banner
banner

Dünya

8 səfir geri çağırıldı

8 səfir geri çağırıldı
Türkiyə Xarici İşlər Nazirliyi 8 səfirini geri çağırıb.
Türkiyənin İrlandiyadakı səfiri Nəcib Egüz, Tailanddakı səfir Osman Tulun, Almaniyadakı səfir Hüseyn Avni Qarslıoğlu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatındakı daimi nümayəndə Hüseyn Avni Botsalı, Sinqapurdakı səfir Haqqı Tanər Sebən, Myanmardakı səfir Yavuz Atəş, İordaniyadakı səfir Sədat Önal və Qambiyadakı səfir Ərgin Sonər XİN-də müxtəlif vəzifələrə təyin olunublar.
Yeni qərara əsasən, Rifat Köksal Türkiyənin Tacikistandakı səfiri, Nuri Qaya Baqqalbaşı Kosta-Rika səfiri, Murad Lütem Sinqapur səfiri, Heydər Kərəm Divanlıoğlu Myanmar səfiri, İsmayıl Səfa Yücəər isə Qambiya səfiri təyin olunub. Monqolustandakı səfir Murad Qaragöz isə Türkiyənin İordaniyadakı səfiri vəzifəsinə təyin olunub.
Avropa Birliyi nazirinin müavini Rauf Əngin Soysal Türkiyənin ATƏT-dəki daimi nümayəndəsi, Əhməd Altay Cengizlər isə Türkiyənin BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatındakı daimi nümayəndəsi təyin olunub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.