banner
banner

Dünya

Düşmənin alnının ortasından üç güllə...

Düşmənin alnının ortasından üç güllə...

Dünən sentyabrın 19-da Moskvanın Odintsovsk rayonundakı Rublyovo-Uspensk şossesində yerləşən restoranda səs-küylü qətl törədilib. Az qala hər gün peşəkar killerlərin iş başında olduğu meqapolisdə baş vermiş bu qətl ona görə rezonans doğurub ki, qətlə yetirilən adi adam, yaxud biznesmen deyil, Ukrayna dövlətinin əsas düşmənlərindən biri və Donbass separatçılarının liderlərindən olan, “Oplot” ictimai təşkilatının lideri Yevgeni Jilindir.

Virtualaz.org xəbər verir ki, bu cinayətin motivi məlum deyil, killerlər hadisə yerindən qaçmağa imkan tapıb. İndi bu qətlin arxasında kimin dayandığına dair müxtəlif ehtimallar irəli sürülür.

Xəbərlərə görə hadisə “Qorki-2” elit qəsəbəsindəki “Veterok” restoranında baş verib. Killer əvvəlcədən restoranda masa arxasında mövqe tutaraq Jilinin restorana daxil olmasını gözləyib. “Oplot” lideri içəri daxil olanda killer səsboğucu ilə təchiz edilmiş tapançadan onun düz alnının ortasından vurub. Killer cəmi üç güllə atıb və hər üçü hədəfə dəyib. Jilinlə birlikdə restoranda olan tanışı ağır yaralanıb. Hadisədən sonra killer və onu gözləyən kişi ilə qadın “Range Rover” markalı avtomobillə restorandan uzaqlaşıblar.

Şahidlərdən biri deyib ki, killer xarici görkəmini dəyişmək üçün bığ yapışdırmışdı və bu, baxan kimi hiss olunurdu. 45 yaşlarında görünürdü, ancaq adi yeniyetmə kimi geyinmişdi, sarı eynək, əlcək taxmışdı, başında panama var idi. Killer qurbanından təxminən 20 dəqiqə əvvəl restorana daxil olub və özünə kofe sifariş verib. Sonra onun telefonuna zəng gəlib, ardınca Jilin restorana daxil olub və alnının ortasından güllə alıb.

Yevgeni Jilin Xarkov vilayətindəndir, vilayətin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində işləyib. Viktor Yuşşenkonun vaxtında Xarkov meri Gennadi Kernesin avtomobilinin partladılmasına görə həbs edilib. 2007-ci ildə bəraət alıb. Azadlığa çıxandan sonra “Oplot” idman klubunu və eyni adlı hərəkatı yaradıb.

 

2014-cü ildə Kiyevdə Maydan hərəkatı başlayanda Jilin Yanukoviç hakimiyyətinin qatı tərəfdarı kimi çıxış edirdi. O, dəfələrlə millətçiləri divan tutmaqla hədələyib. Boksçu tərəfdarları ilə dəfələrlə Kiyevdə reydlər həyata keçirərək mitinqçilər arasından fəalları “ovlayıb”, onlara işgəncə verib, qətlə yetirilənlər də olub. Nəticədə Jilin Maydan hərəkatının ən çox axtarılan düşməninə çevrilib. O, Yanukoviçi mitinqçilərə divan tutmağa çağırıb.

Müsahibələrindən birində deyirdi ki, mitinqçilərin bir qrupu ilə döyüşdə onlardan birinin qulağını kəsiblər, bir neçəsini bərk əzişdiriblər və qalanlarını tutub milisə təhvil veriblər. Jilin adamlarına tapşırmışdı ki, Yanukoviçə qarşı çıxanların əllərini, ayaqlarını kəssinlər, gözlərini çıxarsınlar. Ki onlara həmişəlik dərs olsun. Habelə Jilin millətçilərə “rus ruletkası” oynamağı təklif edib. “Mən benderaçılara təklif etdim ki, pistoletə tək patron qoyaq, “rus ruletkası” oynayaq, görək Allah kimin tərəfindədir, ancaq onlar imtina etdilər”-Jilin bildirirdi.

Yanukoviç Rusiyaya qaçandan sonra Jilin Donbassda qiyamı başladanların önündə gedib. Qondarma “Donestk Xalq Respublikası”nın rəhbəri Zaxarçenko həmin vaxtlar “Oplot”un yerli şöbəsinə başçılıq edirdi. Daha sonra Jilin və adamları Ukrayna ordusuna qarşı döyüşlərdə iştirak edib. Sonradan o, Zaxarçenkonun müşaviri təyin edilsə də son vaxtlar Moskvada yaşayırdı. Ukrayna hüquq-mühafizə orqanları isə onu yaddan çıxarmamışdı. Bu ilin yanvarında məhkəmə onun barəsində qiyabi həbs qərarı çıxarıb.

Lenta.ru xəbər verir ki, Jilinin qətli ilə bağlı rəsmi versiya hələ səslənməyib. Ancaq hüquq-mühafizə orqanlarındakı mənbə onun borca görə öldürüldüyünü ehtimal edir. Mənbənin bildirdiyinə görə, Jilin Donbassda xeyli adama “atıb”. Donbass separatçılarına simpatiyası olan ekspertlər isə onun Ukrayna xüsusi xidmət orqanları tərəfindən aradan götürüldüyünü deyirlər. Belələri hesab edirlər ki, Moskvanın elit yaşayış kompleksində, hər addımda kameraların olduğu yerdə bu cür qətli ancaq bir məqsədlə törədə bilərdilər: qalanlara da dərs vermək üçün.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.