banner
banner

Dünya

Prezidentdən ibratamiz addım: Oteldə öz hesabına qalır

Prezidentdən ibratamiz addım:

"Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Türkiyədə oteldə öz hesabına qalır".  Cia.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə "Sputnik-Qırğızıstan"a Prezident Administrasiyası açıqlama verib.

Bildirilib ki, Qırğız Prezidenti Almazbek Atambayev Türkiyənin İzmir şəhərində "Şereton" otelində öz hesabına qalır.

Ümumiyyətlə, sosial şəbəkələrdə dövlət başçısının bahalı, təmtəraqlı oteldə dövlət hesabına qaldığı haqqında fikirlər yayılıb. Həmin fikirlərə əsasən, prezident qaldığı otel otağına görə, sutkada 11 min dollar ödəyir. Bu oteldə lüks nömrədə qalmağın sutkalıq qiyməti 850 dollar, "penthaus" otağın sutkalıq qiyməti isə 6400 dollardır.

Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Türkiyənin İzmir əyalətinin Çeşme rayonunda həkim nəzarəti altında istirahət edir. O, sentyabrın sonlarınadək Türkiyədə müalicə olunacaq.

Qırğız Respublikası prezidentinin mətbuat xidməti Almazbek Atambayevin səhhətinin pisləşməsi ilə bağlı tibbi müayinədən keçmək məqsədilə məzuniyyətə çıxdığını açıqlayıb. Məzuniyyət oktyabrın 1-dək davam edəcək.

Xatırladaq ki, sentyabrın 19-da Qırğız prezidenti ürəyindəki problemlərlə əlaqədar Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakdan imtina edib. Bəzi KİV-lər isə dövlət başçısının səhhətinin ağır olduğu barədə məlumat yayıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.