banner
banner

Dünya

Dəhşətli CİNAYƏT: Ata 3 yaşlı qızını hovuza atıb boğulmasını seyr etdi – VİDEO

Dəhşətli CİNAYƏT:
Üç yaşlı ögey qızını hovuzda boğan şəxs məhkəmənin hökmü ilə 1 əsrlik azadlıqdan məhrum edilib.
 
BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, bu dəhşətli hadisə ötən ilin avqustunda, Meksikanın Moreliya kurortundakı otellərdən birində baş verib. Arvadının otel otağında yatmasından istifadə edən Xose David Nimeyron 3 yaşlı ögey qızını hovuza atır və soyuqqanlıqla onun boğulmasına tamaşa edir. 
 
Şübhəli, məhkəmə prosesində əvvəlcə ittihamları rədd edir. Amma otelin təhlükəsizlik kamerasındakı görüntülər nümayiş olunduqdan sonra günahını etiraf edir. 
 
Məhkəmənin hökmü ilə o, 100 il müddətinə azadlıqdan məhrum olunub. Qərarda o da bildirilir ki, Nimeyro heç bir şərtlə və ya halda həbsxanadan şərti azad oluna bilməz. Üstəlik, onun hökmdən kassasiya şikayəti vermək hüququ da əlindən alınıb.
 
 

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.