banner
banner

Dünya

Con Kerri Venesuela prezidenti ilə görüşüb

Con Kerri Venesuela prezidenti ilə görüşüb
Kolumbiyanın Kartahena şəhərində ABŞ dövlət katibi Con Kerri və Venesuela prezidenti Nikolas Maduro arasında görüş olub.
 
APA-nln RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu, C.Kerrinin dövlət katibi vəzifəsinə təyin ediləndən sonra Venesuela prezidenti ilə ilk görüşüdür
 
C.Kerri və N.Maduro Kartahena şəhərində Kolumbiya hökuməti ilə  "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) təşkilatı arasında  tarixi sülh sazişinin imzalanması mərasimində iştirak ediblər.
 
Görüşdən öncə C.Kerri deyib: “Ümid edirəm, ciddi söhbətimiz olacaq. Biz ixtilaf deyil, Venesuela xalqının rifahına yönələn qərarlar axtarırıq. Hər halda mən prezident Maduro ilə görüşmək imkanına malik olduğum üçün çox məmnunam”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.