banner
banner

İdman

İngilis baş məşqçi korrupsiya tələsinə düşdü

İngilis baş məşqçi korrupsiya tələsinə düşdü
İngiltərə Futbol Assosiasiyası (FA) ölkə yığmasının baş məşqçisi Sem Ellardaysla bağlı araşdırmalara başlayacaq. "Report"un məlumatına görə, 61 yaşlı mütəxəssis korrupsiya tələsinə düşüb. 
 
"The Telegraph" qəzetinin əməkdaşları onun korrupsiyada iştirakını üzə çıxarıblar. Jurnalistlər özlərini biznesmen kimi təqdim edərək, Ellardaysla iki görüş keçiriblər. Onlar İngiltərə Premyer Liqasındakı transfer bazarından gəlir götürmək istədiklərini bildiriblər.
 
Təcrübəli mütəxəssis 400 min funt sterlinq məbləğində anlaşmanın imzalanması üçün danışıqların aparılmasına təsir göstərməyə razılıq verib. Habelə, o, oyunçuların transferləri üzrə FA-nın müəyyənləşdirdiyi "Üçüncü şəxsin oyunçuların hüquqlarına sahib olması qadağandır" qaydasından yayınma yollarını izah edib. 
 
Qeyd edək ki, Sem Ellardaysın "biznesmenlər"lə danışıqları videoya çəkilib. FA "The Telegraph"a işlə bağlı materialları təqdim etməsi üçün müraciət edib. 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.