|
Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev istefa verib. Qol.az-ın Bolqarıstan Futbol Federasiyasının (BFF) saytına istinadən yaydığı xəbərə görə, 41 yaşlı mütəxəssis müqaviləsindəki bənddən istifadə edərək millini tərk edib. BFF-nin DÇ-2018-in seçmə mərhələsində Fransa və İsveçrə ilə oyunlara kimi yeni baş məşqçinin adını açıqlayacağı bildirilib. Cia.az
|


