Bu oğlan artıq 5 aylıqdır. O, Meksika ərazisində yaşayır. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, o, yeni texnologiya sayəsində, hətta valideynləri nadir xəstəliyə yoluxsalar belə sağlam uşaq dünyaya gətirməyə imkan yaradan yeni texnologiya sayəsində dünyaya gəlib.
Oğlanın DNK-sı onun ana və atasının, eləcə də üçüncü adamın – könüllü donorundur. Eksperimentdə İordaniya əsilli valideynlər iştirak ediblər. Oğlanın anasında Li sindromu – pozğunluğudur, əsəb sisteminin inkişafına təsir edir.
İordaniya əsilli cütlük Nyu-Yorkdakı New Hope Fertility Centerdə kömək tapıblar.
Üç valideyndən uşaq doğmaq üsuluna qanunla yalnız Böyük Britaniya ərazisində razılıq verilib. Ancaq unikal genetik kodla bu oğlanın dünyaya gəlməsində amerikalı mütəxəssislərdən ibarət komanda Mexikoda işləyib.
Con Çjananın komandasına 5 embrion lazım olub, onlardan yalnız biri nəticədə normal inkişaf edib. O, anaya implantasiya edilib və 9 ay sonra uşaq doğulub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.