banner
banner

Dünya

ABŞ-da məktəbdə silahlı insident baş verib

ABŞ-da məktəbdə silahlı insident baş verib
ABŞ-ın Taunvill şəhərində (Cənubi Karolina ştatı) ibtidai məktəbdə silahlı insident baş verib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində iki məktəbli və müəllimə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.
 
İlkin məlumata görə, məktəbdə atəş açan  yeniyetmə saxlanılıb. İnsidentin təfərrüatları müəyyənləşdirilir. 
 
***
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ibtidai məktəbdə atəş açan yeniyetmə bundan əvvəl atasını güllələyib.
 
Bu barədə Taunvil şəhərinin polis nümayəndəsi bildirib.

Q həmçinin qeyd edib ki, 47-yaşlı bir kişinin meyiti məktəbdən 3 km aralıda tapılıb.
 
Qeyd edək ki, adı açıqlanmayan yeniyetmənin ibtidai məktəbdə atəş açması nəticəsində iki uşaq və müəllimə yaralanıb. Yaralılardan birinin, 7 yaşlı şagirdin vəziyyətinin ağır olduğu bildirilir.
 
Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir.
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.